Tələbələrin 46 faizi dövlət hesabına təhsil alırbackend

Tələbələrin 46 faizi dövlət hesabına təhsil alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil pilləsində əhatəliyin genişləndirilməsi üçün əlavə tədbirlər həyata keçirməyə başlamışıq”.

İnterpress.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

İ.İsayev qeyd edib ki, ali təhsil pilləsində oxuyan tələbələrin 46 faizi dövlət büdcəsi vəsaiti hesabına təhsil alır:

“Ali təhsil pilləsində təhsil alan tələbələrin 54 faizi ödənişli təhsil alır. Ödənişli təhsil alan tələbələrdən də sosial həssas qrupa aid olan tələbələr var. Onların da vəsaitləri dövlət büdcəsi hesabına ödənilir. Bunlar məcburi köçkünlər, şəhid ailələri, valideyn hüququndan məhrum olmuş və ya valideynini itirmiş şəxslər, I və ya II dərəcəli əlilliyi olan, sağlamlıq imkanları məhdud olanlardır. Onların sayı ali təhsildə toplam olaraq 17 400 nəfərdir. Baxmayaraq ki, onlar ödənişli təhsil alırlar, ancaq təhsil haqqı xərclərini dövlət qarşılayır”.