ABŞ Afrika və Yaxın Şərq ölkələrinə 35 milyon dozadan çox vaksin veribbackend

ABŞ Afrika və Yaxın Şərq ölkələrinə 35 milyon dozadan çox vaksin verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Afrika və Yaxın Şərq ölkələrinə 35 milyon dozadan çox COVID-19-a qarşı vaksin verib.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Yael Lempert bildirib.

Lempert əlavə edib ki, dərmanların əksəriyyəti pandemiya ilə mübarizə üçün beynəlxalq COVAX mexanizmi vasitəsilə bağışlanıb.

COVAX təşəbbüsü inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdə COVID-19 peyvəndlərinə çıxışı təmin etmək üçün 2020-ci ilin aprel ayında ÜST tərəfindən başladılıb. 2020-ci ilin iyul ayına qədər 160-dan çox dövlət vaksinlərin mümkün qədər tez alınması və üçüncü dünya ölkələrinə paylanması üçün öz resurslarını birləşdirərək ona qoşulub.