Dünya Bankı (DB) yaxın vaxtlarda Ukraynaya məcburi köçkünlərə kömək etmək üçün 100 milyon dollar kredit verəcək.
İnterpress.az xəbər verir ki, bu barədə DB-nin Şərqi Avropa məsələləri üzrə regional direktoru Arup Banerci bildirib.
O deyib ki, Dünya Bankı mövcud layihələr çərçivəsində səhiyyə, infrastruktur və enerji sektorlarında yardım göstərməyə davam edir.