Güney Azərbaycanın Təbriz və Urmiya şəhərlərində yaşayan soydaşlarımız hökumət əleyhinə etirazları davam etdirir.
Bu barədə İnterpress.az-ın redaksiyasına həmin şəhərlərdə yaşayan soydaşlarımız məlumat verib.
Bu dəqiqələrdə nümayiş olunan etiraz aksiyalarında insanlar küçə və prospektlərə çıxaraq azadlıq, ədalət və milli hökumət şüarları səsləndirirlər.