XİN Paşinyanın Bakının Türkiyə-Ermənistan normallaşma prosesinə guya maneçilik törətməsi iddialarına münasibət bildiribbackend

XİN Paşinyanın Bakının Türkiyə-Ermənistan normallaşma prosesinə guya maneçilik törətməsi iddialarına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməsi iddialarına münasibət bildirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan baş naziri N.Paşinyanın noyabrın 10-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində qeyd edib.

“Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Ermənistanın, qonşularının sərhədlərini tanımayan bir ölkənin baş nazirinin Azərbaycanı Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır”, – Mətbuat xidməti idarəsinin rəisi qeyd edib.