Bakı-Gəncə sürət qatarında ayaqyolu işləmir.
İnterpress.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Müşviq Cəfərov bildirib.
“Bakı-Gəncə sürət qatarında ayaqyolu problemi yaşanır, biznes klasın xidmət göstərən heyəti suyun olmadığını deyir o səbəbdən ayaqyolunun bağlı olduğunu bildirir, biznes klasda olan sərnişinlər ekonom klasa gedir və orada ciddi növbə yaşanır, başa düşə bilmirəm bu niyə belə olmalıdır, insanlar 3 saat 45 dəqiqə qatarda yol gedir,uşaq və yaşlı insanlara necə izah etmək olar ki,su yoxdur deyə ayaqyolu işləmir”, – deputat qeyd edib.