Tərtər Rayon Mərkəzi Xəstəxanasına yeni psixoloq təyinatı olub.
Bu barədə İnterpress.az-a xəstəxanadan məlumat verilib.
Qeyd edilib ki, bu vəzifəyə psixoloq Nuruzadə Hətəm Şəmşir oğlu təyin olunub.
H.Nuruzadə 18.07.1995ci ildə Tərtər rayon Qazyan kəndində anadan olub. O, 2012-2016-cı illərdə ADPU-ni psixologiya fakültəsində ali təhsil alıb. 2016-2018-ci illərdə Magistr dərəcəsi alıb.
2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin 3 modulluq koqnitiv davranış terapiyası üzrə, 2022-ci ildə Türk psixoloqlarından 9 modulluq koqnitiv davranış terapiyası üzrə, 2022-ci ildə Amerikan psixoloqlarından koqnitiv işləmə terapiyası üzrə təlimlər keçib.
O, BMT-in İnkişaf proqramında 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara psixolji dəstək layihəsində işləyib.
Orta məktəbdə Psixoloq kimi fəaliyyət göstərib.