ABŞ Dövlət Departamenti Polşanın şərqində baş verən insidentlə bağlı xəbərləri “narahatlıq doğuran” adlandırıb.
Qurum nə baş verdiyini dəqiq öyrənmək və növbəti addımları hazırlamaq üçün tərəfdaşlarla və xüsusən də Polşa hökuməti ilə məlumatları araşdırdığını bildirib.
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, Vaşinqtonda hələlik baş verənlərlə bağlı təfərrüatlar yoxdur.