Adı qalmaqallarda hallandığı üçün şübhəli şəxs qismində təqsirləndirilən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bəraət alıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Roma məhkəməsində sabiq baş nazirin heç bir cinayət tərkibli əməldə əli olmadığı sübut edilib və ona bəraət verilib.
Qeyd edək ki, Silvio Berluskoni yetkinlik yaşına çatmayan fahişələrdən istifadə iddiası ilə bağlı iş üzrə şahidlərə rüşvət verməkdə ittiham olunurdu.