ŞOK: Azərbaycanda bu şəxs hələ də ləğv edilmiş nazirliyə rəhbərlik edir – FOTObackend

ŞOK: Azərbaycanda bu şəxs hələ də ləğv edilmiş nazirliyə rəhbərlik edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda təhsillə bağlı səlahiyyətli qurum Elm və Təhsil Nazirliyi adlandırılsa da, Naxçıvan Muxtar Respublikasında bu qurumun adı hələ də dəyişdirilməyib.

İnterpress.az xəbər verir ki, nazirliyin adı hələ də rəsmi internet resursunda Təhsil Nazirliyi olaraq qalır.

Xatırladaq ki, bu qurum 3 dekabr 1990-cı ildən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi adlanır.

Qeyd edək ki, bu ilin iyulun 28-də Prezident İlham Əliyev Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovdur.

Fuad Rövşənoğlu

İnterpress.az