Disneyin əfsanəvi baş direktoru qayıdırbackend

Disneyin əfsanəvi baş direktoru qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Walt Disney” şirkəti hazırkı baş direktor Bob Çapek işdən çıxarıldığını və onun yerinə keçmiş baş direktor Bob İgerin gələcəyini açıqladı.

İnterpress.az “Haberglobal”a istinadən bildirir ki, Bob İger Disneyin baş direktoru olduğu müddətdə təqaüdə çıxmasını 4 dəfə təxirə salıb və vəzifəsini davam etdirib. İger şirkətə Marvel kainatını ələ keçirməkdə və Ulduz Döyüşlərini almaqda rəhbərlik etmişdi. İger 2005-2020-ci illərdə baş direktor vəzifəsində çalışıb.

“Disney” Chapek dövründə Netflix ilə rəqabət aparmaq üçün məzmun büdcəsini 30 milyard dollara çatdırıb. Lakin bu investisiya nəticəsində 1,5 milyard dollarlıq əməliyyat itkisi yaranıb və Disney səhmləri 40 faiz ucuzlaşıb.