Trendyol Qlobal Saziş imzalayıbbackend

Trendyol Qlobal Saziş imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trendyol dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsü olan BMT-nin Qlobal Saziş platformasını imzalayan şirkətlərdən birinə çevrilib.

İnterpress.az “Milliyet”ə istinadən bildirir ki, BMT-nin Qlobal Sazişi çərçivəsində şirkət insan hüquqları, əmək standartları, ətraf mühit və korrupsiya ilə mübarizə kimi əsas başlıqlar altında 10 prinsipə riayət etməyi və hər il əməl etdiyi məsuliyyətli biznes təcrübələri barədə hesabat verməyi öhdəsinə götürüb.

Trendyol Korporativ Kommunikasiyalar Direktoru İrem Poyraz bildirib ki, sosial inkişafı gücləndirmək üçün layihələr həyata keçirirlər və bu proses davam edəcək:

“Biz texnologiya və e-ticarətdəki gücümüzlə cəmiyyətə və dünyaya müsbət təsir edəcək addımlar atmağa çalışırıq. BMT Qlobal Sazişi imzalayan ölkə olaraq biz qlobal miqyasda davamlılıq səylərimizi gücləndiririk”.