Britaniya Kralı III Çarlz Ukrayna Prezidentinin həyat yoldaşı ilə görüşübbackend

Britaniya Kralı III Çarlz Ukrayna Prezidentinin həyat yoldaşı ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

Bu barədə Yelena Zelenskaya rəsmi “Instagram” səhifəsində paylaşım edib.

“Mən Londondakı Katolik Katedralini ziyarət edən Əlahəzrət Kral III Çarlzla şəxsən görüşmək şərəfinə nail oldum. Əlahəzrət ilk dəfə deyil ki, Ukrayna xalqını dəstəkləməyə vaxt ayırır ”, – deyə o sosial şəbəkədəki hesabında yazıb.