Dekabrın 14-də Türkmənistanın Avaza ərazisində Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək.
Bu barədə İnterpress.az xəbər verir.
Məlumata görə, toplantıda hər üç ölkənin prezidentləri iştirak edəcək.
Toplantıda üç dost və qardaş ölkə arasında bütün sahələrdə, xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı, ikitərəfli danışıqların aparılacağı bildirilib.