Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərə gedəcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən bər veir.
O, Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Görüşündə iştirak etmək üçün sabah Türkmənistana gedəcək.
Səfər Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə baş tutur.
Qeyd edək ki, dekabrın 14-də Avazada Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək.