Məşhur amerikalı bəstəkar vəfat edibbackend

Məşhur amerikalı bəstəkar vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əkiz zirvələr” (“Twin Peaks”, 1990-2017) serialının musiqilərinin müəllifi, amerikalı bəstəkar Ancelo Badalamenti 86 yaşında vəfat edib.

Bu barədə bazar ertəsi “The Hollywood Reporter” məlumat yayıb.

A.Badalamenti Linkoln Parkdakı (Nyu-Cersi ştatı) evində dünyasını dəyişib.

1937-ci il mart 22-də Nyu Yorkda anadan olan Ancelo Badalamenti 70 film və seriala musiqilər bəstələyib.