İlk polşalı kosmonavt Miroslav Qermaşevski vəfat edibbackend

İlk polşalı kosmonavt Miroslav Qermaşevski vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın ilk və yeganə kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Miroslav Qermaşevski 82 yaşında vəfat edib.

Bu barədə onun kürəkəni, Avropa Parlamentinin polşalı deputatı Rişard Çarneçki tviterdə məlumat verib.

Onun Varşava xəstəxanasında dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, M.Qermaşevski 1978-ci il iyunun 27-də sovet kosmik gəmisi “Soyuz-30” ilə kosmosa yollanıb.