Slovakiyada koronavirus qurbanlarına abidə ucaldılacaqbackend

Slovakiyada koronavirus qurbanlarına abidə ucaldılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyada COVID-19 pandemiyasının qurbanlarına abidə ucaldılacaq.

Bu barədə CTK agentliyi məlumat yayıb.

Abidə Slovakiyanın paytaxtı Bratislavada ucaldılacaq. Onun yerləşdirilməsi üçün paytaxtın şimal-şərqində Rujinovski gölünün ətrafındakı ərazi nəzərdə tutulub. Bu abidə vətəndaşların və təşkilatların ianələri hesabına ucaldılacaq.

Xatırladaq ki, təxminən 5,5 milyon əhalisi olan Slovakiyada COVID-19 pandemiyası zamanı 20,000-dən çox insan həyatını itirib.