Aİ səfirləri Ukraynaya 18 milyard avro məbləğində yardım paketi barədə razılığa gəliblərbackend

Aİ səfirləri Ukraynaya 18 milyard avro məbləğində yardım paketi barədə razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 18 milyard avroluq maliyyə yardımı paketi barədə razılığa gəliblər.

Bu barədə Aİ-yə sədrlik edən Çexiya nümayəndə heyəti tviter hesabında bildirib.

Qeyd edilib ki, Aİ səfirləri böyük şirkətlər üçün minimum 15% vergi güzəşti barədə də razılaşıblar.

Xatırladaq ki, Aİ Şurası dekabrın 10-da 2023-cü il üçün Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib.