“Bizi gərgin illər gözləyir” – Politoloqdan xəbərdarlıqbackend

“Bizi gərgin illər gözləyir” – Politoloqdan xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir”.

Bu sözləri Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşada keçirdiyi etiraz aksiyasında Rusiya sülhməramlılarının rəhbəri-general Volkovun aksiya yerinə gəlməsini tələb etməsini dəyərləndirən politoloq Elxan Şahinoğlu İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşada davam edən məlum etiraz aksiyasında rus sülhməramlıların necə davranacağı Putinin qərarından asılıdır:

“Azərbaycana mane olan Rusiya prezidenti Vladimir Putindir. O, Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir. General Volkov əmr quludur. O, bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin. Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir. Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib. Bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir”.