Elm və təhsil nazir Emin Əmrullayev bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimlərinin Bakı-Quba yolunda avtomobil qəzasına düşməsi ilə bağlı paylaşım edib.
İnterpress.az xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün səhər saatlarında baş vermiş bədbəxt hadisə bizi dərindən kədərləndirdi. Bakı-Quba yolunda Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimlərini daşıyan avtomobilin qəzaya düşməsi nəticəsində dünyasını dəyişmiş Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmova Allahdan rəhmət, xəsarət alan digər müəllimlərə şəfa diləyirəm”.