Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası artıq davam edir.
İnterpress.az xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiyada xeyli sayda insan iştirak edir.
Aksiyaya Bakı Dövlət Universitetinin müəllim və tələbələrindən ibarət qrup da qoşulub.
Aksiya iştirakçıları sülhməramlıların komandanının gəlişini tələb ediblər.
Bundan əlavə, aksiyada ermənilərin müharibə cinayətlərinə etiraz əlaməti olaraq “Mina terroruna son!” şüarları səsləndirilir.
Etirazçılar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər və onlar sülhməramlıların komandanının gəlişini tələb edirlər.