Xankəndi-Laçın yolundakı etiraz aksiyası: “Vətənini, millətini satanlar…”backend

Xankəndi-Laçın yolundakı etiraz aksiyası: “Vətənini, millətini satanlar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on bir gündür davam edir. Ekofəalların aksiyası uzandıqca ermənilər də boş durmur, “fəaliyyətlərini” artırırlar. Belə ki, bir çox tanınmış erməni bloggerləri, partiya sədrləri, sosial şəbəkə istifadəçiləri maliyyə aldıqları mərkəzlərdən ötürülən tezisləri dövriyyəyə gətirməyə başlayıblar.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, ekofəalların tələbləri Azərbaycan ərazilərinə qanunsuz daşımaların sonlanması, sərvətlərimizin talanmasının dayandırılması, Laçın yolunun açılması və yol boyu Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan postlarının qurulmasıdır:

“Ümumiyyətlə anlamaq lazımdır ki, rəsmi Bakının niyyəti erməniləri blokadaya almaq olsa idi, bunu rahatlıqla edə bilərdi. Prinsip etibarilə ərazinin əsas strateji yüksəklikləri və postları Bakının nəzarəti altındadır. Digər tərəfdən, həm aksiya fonunda, həm də rəsmi Bakının son bəyanatında Xankəndidəki ermənilərə humanitar yardımın edilməsi öz əksini tapıb.

Lakin bəzi müxalif partiyaların “fəal” üzvləri həm Xankəndi-Laçın yolunda -5 dərəcə şaxtada gecə-gündüz keçirilən etiraz aksiyaları qaralayır, həm də mənsub olduqları ölkəyə xəyanət edirlər.
Aydın məsələdir ki, heç bir millət bütöv halda qəhrəman ola bilməz. Lakin bu da reallıqdır ki, vətəni sataraq onun mənafeyini ayaq altına ataraq, erməninin işğalına haqq qazandıraraq, Vətən qurulmaz.

Vətən ilk növbədə xarici təcavüzdən qorunmalıdır”.