ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR-NJ) Nyu-Cersi Bürosu tərəfindən hazırlanan hesabatda bildirilir ki, 2022-ci ildə ştatda “ayrı-seçkilik” şikayətləri 46 faiz artıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
CAIR-NJ-nin “Məhkəmənin kənarında” adlı illik insan hüquqları hesabatı açıqlanıb.
52 səhifəlik hesabatda, 2021-ci ildə ştatda ayrı-seçkiliklə bağlı 104 şikayət olduğu halda, 2022-ci ildə bu rəqəmin 152-yə yüksəldiyi, “ayrı-seçkilik hadisələri”ndə yüzdə 46 artım olduğu vurğulanıb.
Hesabatda ən böyük şikayət kateqoriyasının 22,4 faizlə iş mühitində ayrı-seçkilik olduğu, ikinci yerdə 18,4 faizlə işə qəbul və müraciətlərdə ayrı-seçkilik olduğu, məktəblərdə müsəlman şagirdlərə qarşı zorakılıq, müsəlmanlara qarşı olan kurikulum və müəllim qərəzlərinin yüzdə 17,8 olduğu qeyd edilib.
Hesabatın müəllifi, CAIR-NJ Əməliyyatlar Koordinatoru Dyaa Terpstra bildirib ki, 11 sentyabr hücumlarından dərhal sonra ölkədə açıq anti-müsəlman əhval-ruhiyyəsi 20 il sonra daha geniş yayılmış “gizli qərəz” formasına çevrilib.
Amerika-İslam Əlaqələri Şurasının (CAIR) paytaxtdakı mərkəzinin aprelin 11-də açıqladığı insan haqları hesabatında ABŞ-da müsəlmanların şikayətlərinin 2021-ci ilə nisbətən 2022-ci ildə 23 faiz azaldığı bildirilib.
CAIR-in “Qərəz kölgəsində irəliləyiş” başlıqlı hesabatında 2021-ci ildə ölkə daxilində islamafobiya, qərəz və ayrı-seçkiliklə bağlı 6720 şikayət olduğu halda, bu rəqəmin 2022-ci ildə 23 faiz azalaraq 5156-ya düşdüyünə diqqət çəkilib.
Həmin hesabatda vurğulanıb ki, ümumilikdə anti-müsəlmanlarla bağlı şikayətlər azalarkən, yalnız təhsil sahəsində şikayətlər 63 faiz artıb.