backend

“Ermənistan iki millətli, iki dilli dövlətə çevrilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasəmən Qaraqoyunlu məruzəsində indi Ermınistan adlandırılan ərazinin tarixi türk torpağı olduğunu diqqətə çatdırıb.

“ERMƏNİSTAN İKİ MİLLƏTLİ, İKİ DİLLİ DÖVLƏTƏ ÇEVRİLMƏLİDİR”

“Qərbi Azərbaycan problemi bu torpaqlar üzərində qurulmuş Ermənistan dövlətinin yarandıgı zamandan başlanmışdır. Ermənilərin dənizdən-dənizə (Qara dəniz-Aralıq dənizi-Xəzər Dənizi) böyük Ermənistan planı Çar Rusiyasının isti dənizlərə enmək, Bosfor və Dardanel boğazlarından keçərək İstanbulu fəth etməsilə Böyük Roma dövlətinə çevrilmək planının tərkib hissəsi kimi 18-ci əsrdən 21-ci əsrə qədər Azərbaycanda Rusiyanın dəstəyi ilə həyata keçirilməkdədir.

Azərbaycanın tarixi ərazisində Ermənistan dövlətinin yaradılması və genişlənməsi 3 mərhələdə və formada həyata keçirilmişdir.

1. Azərbaycanın Qərb torpaqlarında ( tarixi İrəvan xanlıgı) yerli türklərə qarşı etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması; Bu dövr 1828-1918-ci illəri əhatə edir.

2. SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi; Bu dövr 1920-1985-ci illəri əhatə edir.

3. SSRİ-nin dagılmasından sonra Azərbaycan Respublikasının Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal edilərək oyuncaq “Dağlıq Qarabağ Respublikasının” yaradılması və Ermənistan Respublikasına birləşdirilməsi; (1988-1994-cü illərdə Ermənistan Azərbaycana müharibə elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını -Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Agdərə, Agdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işğal etdi. Bu dövrdə işgal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir. Bu siyasətin nəticəsində Bütöv Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycan tamamilə Ermənistana verilmiş, Quzey Azərbaycan Respublikasının 20% ərazisi işğal olunmuş, 2 milyon Azərbaycan türkü terror və soyqırım vasitəsilə məhv edilmişdir.

“Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyası köçürülməsi və bu torpaqlarda Erməni dövlətinin qurulması planı hələ XVIII əsrdən Rusiya imperatorluğunun rəhbərliyi altında həyata keçirilməyə başlanılıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:

Birinci mərhələ; 1905-1920-ci illər;

İkinci mərhələ; 1948-1953-ci illər ;

Üçüncü mərhələ; 1988-1992-ci illər.

Beləliklə Rusiyanın rəhbərliyi, Avropanın dəstəyi ilə Qərbi Azərbaycanda yaşayan yerli türklər etnik təmizləmə və soyqırıma uğradılaraq, bölgənin etnik və demoqrafiq quruluşunu ermənilərin xeyrinə dəyişərək burada monoetnik Ermənistan adlı dövlətinin qurulmasına nail olmuşlar.

1988-ci ildən indiyə kimi keçən dövr ərzində Qərbi Azərbaycanla bağlı hökümətin, müxalifətin, toplumun, medianın heç bir proqramı, siyasəti formalaşmamışdır.İndi Qarabagın azad edilməsinə nail olmaq istəyiriksə,Qərbi Azərbaycan problemini gündəmə gətirməliyik və Ermənistan dövlətinin etnik təmizləmə və soyqırım əsasında quruldugunu,ərazilərinin mübahisəli ərazilər oldugunu dünyaya qəbul etdirməliyik. Bu məqsədlə kompleks tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə mən aşagıdakıları təklif edirəm.

1) Qərbi Azərbaycan hərəkatı Butöv Azərbaycan hərəkatının tərkib hisəsi kimi qoyulmalı, dövlət və diaspor təşkilatları tərəfindən dəstəklənməlidir. Bu hərəkat ümummilli bir hərəkata cevrilməli , hakimiyyətdə təmsil olunan Qərbi Azərbaycanlı məmurların şəxsi mənfəətlərinə xidmət edən klançılıq və regionculuq damgasından azad olmalıdır.

2) Qərbi Azərbaycan hərəkatı klançı və regionçu hərəkat deyil Bütöv Azərbaycan Hərəkatıdır .

3) Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrin tələbləri yerinə yetrilməmişdir. Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması yönümündə fəaliyyət göstərən ATƏT-in MİNSK qrupnun indiyə qədər təklif etdiyi 1. Paket həll; 2. Mərhələli həll; 3. Ortaq dövlət proyekti; 4. Madrid prinsipləri Azərbaycan Milli maraqlarına zidd olmuş, dolayısıyla Ermənistanın işgalçılıq siyasətinə bəraət qazandırmaga yönəlmişdir.

4) Ərazi bütövlüyünün toxunulmazlığı,

5) Xalqların öz müqəddaratını təyin etmək hüququ,

6) Güc tətbiq etməkdən imtina prinsiplərini əsas götürərək tətbiq edilməsi nəzərdə tutulan bu layihə və prinsiplər əslində Azərbaycan torpaqlarında müstəqil “Qarabağ” dövlətinin yaradılmasına və möhkəmlənməsinə xidmət etməkdədir.

ATƏT-in MİNSK qrupu üzvləri Rusiya və Fransa Ermənistanın strateji müttəfiqləridir və saxta “erməni soyqırımı”nı tanımaqdadırlar. ABŞ-ın 30 ştatında soyqırım tanınıb və konqresdə soyqırımın tanınması məqsədi ilə masanın ustündə 2 layihə var. ABŞ problemin həllində ikili standartlar siyasətinə üstünlük verir və Qafqazda enerji təhlukəsizliyi maraqlarına uygun olaraq Azərbaycanın qarşısına güc tətbiq etməmək şərtlərini qoyur.

Buna görədə Minsk Qrupunun fəaliyyətindən Azərbaycan imtina etməli, məsələ BMT-də başqa formatda həll olmalıdır. Bununla bərabər Ermənistan Türkiyənin Şərqi Anadolu bölgələrini və Naxçıvanı da Ermənistana birləşdirmək məqsədi ilə 4T adlı strateji siyasətini də həyata keçirməkdədir. 4T proqramına daxildir:

a) erməni soyqırımının dünyada tanınması,

b) Türkiyənin soyqırımı tanıması,

c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi,

d) Türkiyənin şərqində–doğu anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi. 4T proqramı vasitəsilə Türkiyənin bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. Bu Plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur.

4T proqramına uyğun olaraq dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, Avropa Parlamenti “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq ideyasını gerçəkləşdirməkdədirlər.

Bu məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Bununla bərabər Rusiya və İran strateji müttəfiqi kimi Ermənistanı gücləndirməkdə və Azərbaycan və Türkiyəyə qarşı silah kimi istifadə etməkdədir.

Bütün bunların qarşısını almaq üçün təklif edirəm .

1. 4T proqramına qarşı Türkiyə-Azərbaycan–Gürcüstan strateji əməkdaşlığına əsaslanan alternativ proqram hazırlansın.

-Turkiyə və Azərbaycan Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında türklərə qarşı etnik təmizləmə və soyqırım aparılaraq quruldugunu gundəmə gətirməli Ermənistan ərazisinin mübahisəli ərazilər kimi tanımasına nail olmalıdır. Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümü tədbirini uydurma erməni soyqırımının yubiley gününə təyin eləməklə uğurlu və effektli bir diplomatik gediş etmiş oldu.Canaqqala zeferini biz de qeyd etmeliyik.

– Ermənistanın strateji müttəfiqi olan Rusiyanı “zərərsizləşdirmək” üçün Rusiya Federasiyasının subyekti olan Türk Rrespublikaları və RF-nın müsəlman əhalisi ilə sıx işbirliyi qurulsun – Turançılıq və İslam Birliyi ideyası dəstəklənsin və Rusiya mərkəzli Avrasiyaçılıq boykot edilsin.

– Ermənistana dəstək verən İrana qarşı Güney Azərbaycan türklərinin istiqlalı dəstəklənsin, İranda Etnik problemin oldugu qabardılsın, digər etnik birliklərlə iş birliyi qurulsun.

Ermənistan- Azərbaycan arasında gedən-Qarabag müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması və Qərbi Azərbaycan probleminin həll olunmasının əsas şərti Güney Azərbaycanın istiqlaliyyətinin əldə olunmasıdır. Əgər Güney Azərbaycan müstəqil dövlətə çevrilərsə Ermənistan Quzey-Güney Azəırbaycan arasında blokadaya düşür, Ermənistanın quru sərhədləri Türkiyə, Güney-Quzey Azərbaycan olur,Ermənistan xarici dünya ilə yalnız havadan əlaqə saxlamaq məcburiyyəti qarşısında qalır.Həmçinin Ermənistana fars dəstəyi aradan qalxmış olur,bu gün Ermənistan üçün nəfəslik rolu oynayan İran adlı dövlət mövcud olmur.Nəticədə Ermənistanın strateji müttəfiqlərindən biri tarixdən silinir.Ermənistanın digər müttəfiqi və hamisi Rusiya tək qalaraq İran kimi müttəfiqini itirir.Belə bir vəziyyətdə ermənilər təcavüzkar xalqdan türklərlə uyum saxlayan xalqa çevriləcəkdir.

– İslam Konfransı Təşkilatında Ermənistana dəstək verən İrana qarşı sankisyaların tətbiq olunmasına çalışılsın.

– Qərbi Azərbaycan məsələsi siyasi gundəmə gətirilməli beynəlxalq problemə çevrilməli və ATƏT-in Minsk Qrupunun danışıqlarında əsas prioritetlərdən biri olmalıdır. ATƏT-in Minsk qrupu bu prinsipi gündəlliyinə daxil etməsə ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina edilsin.

– ABŞ-ın Qafqazda və Orta Şərqdə strateji müttəfiqi olan Türkiyə və Azərbaycan ABŞ-ın ikili standart siyasətinə cavab olaraq ABŞ-la və Avropa ölkələri ilə münasibətlərinə və enerji siyasətinə yenidən baxsın.

– Qərbi Azərbaycan Türklərinin Qərbi Azərbaycana (Ermənistana) qaytarılması məqsədilə tədbirlər planı həyata keçirilsin. Bu məqsədlə;

– Hökümətin Qərbi Azərbaycan Probleminin həlli ilə bağlı siyasi-hərbi-strateji proqramı olmalıdır. Bu proqramda – Qərbi azərbaycanın tarixi türk torpağı olması; Yerli Türklərin Rus-Erməni birləşməsi tərəfindən etnik təmizləmə və soyqırıma ugradılması nəticəsində Ermənistan dövlətinin qurulması; bu torpaqların yenidən Azərbaycana birləşdirilməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıdışı öz əksini tapmalıdır. Qərbi Azərbaycanın Erməni işgalından azad edilməsi və Azərbaycana birləşdirilməsi zərurəti dünya ictimai rəyində qəbul etdirilməlidir.Bu məqsədlə AMEA, DAK, Diaspor Komitəsi, Mediya, QHT strukturları səfərbər olunmalıdır. AMEA bu mübarizənin elmi təbligat-təşviqat işini yerinə yetirməlidir.

-.Qərbi Azərbaycan problemi ilə baglı xüsusi informasiya siyasəti hazırlanmalı, tədqiqatçılar, jurnalistlər səfərbər olaraq bu siyasəti həyata keçirməlidirlər.

– Qərbi Azərbaycan probleminin beynəlxalq problemə çevrilməsinə nail olunmalıdır.Bu məqsədlə dövlət səviyyəsində ABŞ, Avropa, Rusiya, Yaponiya. Hindistan və s ölkələrdə beynəlxalq elmi-siyasi konfranslar keçirilməli, dünyadakı bütün Azərbaycanşünas, Ermənişünas alimlərin, tədqiqatçıların, yurnalistlərin, diplomatların, millət vkillərinin, yazarların, rəssamların konfransa qatılmaları təmin olunmalı, Qərbi Azərbaycanın ermənilər tərəfindən etnik təmizləmə nəticəsində işğal edilməsi və burada Ermənistan dövlətinin qurulmasının tarixi kökləri və səbəbləri barədə akademik və ictimai müzakirələr başladılmalı, Ermənilərin Qərbi Azərbaycanı işgal etdikləri sübut olunmalıdır.

– Beynəlxalq təşkilatlarda-BMT, Avropa Şurası, İKT, GÜAM, Avropa Parlamenti, müxtəlif ölkələrin Parlamentlərində, ABŞ konqresində Qərbi Azərbaycanla bağlı dinləmələr, müzakirələr təşkil edilməlidir.

– Qərbi Azərbaycan Mühacir Höküməti yaradılmalı, bu hökümət problemlə bağlı beynəlxalq müzakirələr aparmalı, Qərbi Azərbaycana Qayıdış hərəkatına rəhbərlik etməlidir.

– Qərbi Azərbaycanlılar mubarizəyə başlamalı, təşkilatlanmalı, bu təşkilatlar arasında əlaqələndirmə şurası yaranmalı, vahid strateji xətt müəyyən olunmalıdır.

– Qərbi Azərbaycana Qayıdış Hərəkatları gücləndirilməlidir.

– Qərbi Azərbaycan İnformasiya agentliyi və TV fəaliyyət göstərməlidir.

– Əslən Qərbi Azərbaycandan olan Ermənistan vətəndaşları siyahıya alınmalı, və onlaın Ermənistana ərazi iddiası irəli sürmələri təmin edilməlidir. 1988-ci ildə Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinin qurbanı olan Qərbi Azərbaycanlıların mülkiyətlərinin dəyəri hesablannmalıdır.

– Qərbi Azərbaycanda demoqrafik vəziiyyət, mədəniyyət, arxeologiya, etnoqrafiya, toponim, hiidronim və s. sahələrlə baglı Beynəlxalq təşkilatlarda konfranslar disputlar təşkil edilməli, Qərbi Azərbaycanın erməniləşdirilməsi və erməni dövlətinə çevrilməsi prosesi bütün təfərrüatı ilə izah olunmalıdır.

– Çar Rusiyası dövründə Qərbi azərbaycanda yaşamış əhalinin siyahıya alınmaları və mlkiyyətləri haqdaa məlumatlar Rusiya arxivlərindən çııxarılmalıdır.

– Yerli Azərbaycan türkləri və gəlmə ermənilərdən ibarət xalqların iştirakı ilə Ermənistanın iki dilli iki millətli dövlətə çevrilməsi təbligatı aparllmalıdır.

Ermənistan vətəndaşları olan Türklər Ermənistana qayıtmalı, Ermənistanda öz partiyalarını, parlament fraksiyalarını, mediya sistemlərini qurmalıdırlar. Azərbaycanlıların öz torpaqlarına qayıdaraq Ermənistan dövlətinin idarə olunmasında, parlamentin işində prioritet əsaslarla iştirak etməsinin zəruriliyi əsaslandırılmalıdır.

– Qarabagla baglı gedən beynəlxalq danışıqlarda Qərbi azərbaycanlılar tərəf kimi iştirak etməli, Azərbaycan ərazisində Ermənilərə hansı status veriləcəksə Ermənistanda Azərbaycanlılara da həmin statusun verilməsi təmin edilməlidir. Bu Qafqazda Ermənistan Azərbaycan müharibəsinin balanslaşdırma və tarazlaşdırma prinsipləri ilə aradan qaldırılmasına yardımçı ola bilər.

– Qərbi Azərbaycana probleminin həllində 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayədə heyətinin Paris Sülh konfransına təqdim etdiyi Memorandumda irəli sürülən on dörd bənddən ibarət “Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris Sülh Konfransından tələbləri” adlı sənəd əsas götürülməlidir. Azərbaycan Cümhuriyyətinin sərhədləri və torpaqları bu momerandumda əks olunmuşdur. Bu Tarixi-hüquqi sənədə əsaslanaraq Azərbaycan bu momerandumda əks olunmuş Torpaqlarımıza sahiblənmək iddiasını yenidən qaldırmalıdır. Bu sənəddə Azərbaycan Respublikasının əraziləri bütün Qafqaz ərazisinin 39 faizini təşkil edirdi. Momerandumda Qafqaz Azərbaycanın ərazisi Çar rusiyası dövründəki inzibati-ərazi bölgüsü əsasında göstərilmişdi. Versal Sülh konfransına təqdim olunan bu Azərbaycan torpaqları üzərində yüksəlmiş Azərbaycan cümhuriyyətinin hüquqi ərazilərinə indi biz iddia etməliyik.Qərbi Azərbaycan və Qarabag probleminin həllində bu Momerandum əsas götürülməlidir.

İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, ( müqavilələrinə (11 may – 04 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi) həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmişdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.