Valideynlərini itirən şəxslərə növbədənkənar birotaqlı mənzilin verilməsi təklif olunurbackend

Valideynlərini itirən şəxslərə növbədənkənar birotaqlı mənzilin verilməsi təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanların növbədənkənar birotaqlı mənzillə təmin olunması təklif edilib.

İnterpress.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, ölkədə belə şəxslərin sayı çox azdır: “Rüfət Mehdiyev adlı gənc var. O, Vətən müharibəsində döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.