Finlandiyanın maliyyə naziri və baş nazirin müavini Riikka Purra Rusiya sərhədindəki 9 keçid məntəqəsindən 4-nün bağlanması ilə bağlı dünən qəbul edilən qərarın sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etmədiyi təqdirdə əlavə addımlar atmağa hazır olduqlarını bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Finlandiyada yayımlanan Yle TV1 televiziya kanalında A-Talk proqramına qatılan Purra deyib ki, bağlanma qərarı sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etməsə, növbəti addımı atmaq üçün çox aşağı həddi var.
Finlandiya ölkəyə qaçqın axınının qarşısını almaq üçün noyabrın 18-dən etibarən Rusiya ilə sərhədindəki 9 keçid məntəqəsindən 4-nü bağlamağa qərar vermişdi.