Türk Hava Yolları sabah İstanbulda gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanından cəmi 40 müntəzəm reysi ləğv etdiyini açıqlayıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
“Sabah İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarına əsasən, ümumilikdə 40 uçuşumuz qarşılıqlı olaraq ləğv edilib”, – məlumatda qeyd edilib.
Açıqlamada sərnişinlərə THY-nin internet saytındakı “uçuş vəziyyəti sorğusu” bölməsindən uçuşları yoxlamaları barədə xəbərdarlıq edilib.