“Müharibə başlayandan bəri 170 vətəndaşımız və onların ailə üzvləri Qəzzadan təxliyə olunub”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Yaxın Şərqdəki müharibəyə görə Qərbi ittiham edib.
H.Fidan söyləyib ki, indiyə qədər 11 təyyarə dolu humanitar yardım Qəzzaya çatdırılıb: “Səhra xəstəxanaları, dərmanlardan ibarət böyük bir gəmimiz də Misirə çatdırılıb”.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.