Qətər və BƏƏ nümayəndələri ölkələrində qadın hüquqlarının vəziyyətindən danışıblarbackend

Qətər və BƏƏ nümayəndələri ölkələrində qadın hüquqlarının vəziyyətindən danışıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qətər qadın hüquqlarının qorunmasına çox böyük önəm verir”.

İnterpress.az xəbər verir ki, bunu Qətər sosial inkişaf və ailə İşləri Nazirliyinin Sosial İnkişaf üzrə nazir müavininin köməkçisi Fahid Mohd M H Al-Khayarin Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Qətər qadınların səlahiyyətlərinin artırılması məqsədi ilə qanunlara yenidən baxılması və dəyişdirilməsi istiqamətində səy göstərir: “Qətər dövləti qadınların istər siyasi, istər sosial, istərsə də iqtisadi rifahının təmin olunmasında maraqlıdır. Bu gün Qətər qadınları bir sıra rəhbər vəzifələri tuturlar. Son illərdə qəbul edilən qanunvericilik aktları onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasını özündə əks etdirir. Bu isə Qətər dövlətinin qadın hüquqlarının qorunmasına hörmətinin əsas göstəricilərindəndir”.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İctimai İnkişaf Nazirliyinin katib müavininin köməkçisi Hessa Abdulrahman Hussain Hassan isə deyib ki, qadınların cəmiyyətdəki roluna müsbət töhfə verən bir çox qanunlar qəbul edilib.

O bildirib ki, BƏƏ qadınların bütün sahələrdə inkişafına dair addımlar atıb: “Qadınlar siyasi arenada artıq daha yaxından təmsil olunur. 2017-ci ildən bəri gender bərabərliyi sahəsində ciddi irəliləyiş olub. Qadınlar artıq rəhbər strukturlarda təmsil olunur. Bu sahədə 30 faizə qədər artım müşahidə edilib. Parlamentimizin 50 faizini qadınlar təşkil edir”.