“Premium Bank” ASC-nin İdarə Heyətinin sədri Mahir Nəcəfov vəzifəsindən azad edilərək sədr müavini təyin edilib.
Bu barədə İnterpress.az-a Bankdan bildirilib.
Məlumata görə, indiyə qədər sədr müavini olan Kamil Lətifov isə sədr təyin olunub.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla “VIP Aviation Services” MMC və 0,32 % payla Elvira Əhmədovadır.