Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin müəyyən edilməsi barədə qərar qəbul edib.
İnterpress.az xəbər verir ki, qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.
Qərara əsasən, sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi aşağıdakı kimi müəyyən edilib:
– fiziki şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 200 000 manat;
– hüquqi şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 1 000 000 manat.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.