HƏMAS atəşkəs razılaşmasının ilk 6 həftəsində 20-yə yaxın məhbusu azad etməyə razılaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail nəşri “Ynet” yazıb. Blidirilir ki, HƏMAS atəşkəs razılaşmasının ilk 6 həftəsində 20-yə yaxın məhbusu azad etməyə razılaşıb.
Nəşr qeyd edib ki, bu barədə vasitəçilərdən məlumat alan yüksək vəzifəli İsrail rəsmiləri məlumat verib.
İsrail iddia edir ki, HƏMAS vasitəçilərə zolağındakı mülki şəxslər üçün tam sərbəst hərəkət və qoşunların geniş miqyaslı çıxarılmasını tələb etdiyini bildirib.
Bunun müqabilində o, hazırda razılaşdırılmış oğurlananların yalnız yarısını azad edəcək.
“Terror təşkilatı daha çox məhbusun azad edilməsini tələb edir, onun tələbi həyasızcasınadır”, – mənbələr bildirib.
Xuraman Etibarlı
İnterpress.az