Ermənistanda etirazçılar Lavrovu təhqir etdilər-VİDEObackend

Ermənistanda etirazçılar Lavrovu təhqir etdilər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın mərkəzi küçələrinin birində başlayan yürüş XİN binasınadək davam edib. XİN binasının qarşısında yürüş iştirakçıları və polis qüvvələri arasında qarşıdurma baş verib.

Aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hərbi əməliyyatlar zamanı ölən erməni hərbçilərinin portretlərini əllərində tutan aksiya iştirakçıları \”Azad Ermənistan\” şüarı səsləndiriblər.

Müxalifət liderlərindən biri olan Stepan Safaryan Rusiyadan Dağlıq Qarabağdakı erməni separatçı rejimini tanımağı tələb edib: \”Lavrovun mətbuat katibi XİN rəhbərinin Ermənistana əliboş gəlmədiyini bildirib. Biz Lavrovun cibində nə gətirdiyini bilmək istəyirik\”, – deyə Safaryan bildirib.

Etirazçılar Rursiya xarici işlər nazirini təhqir edən şüarlar səsləndiriblər. Bundan sonra polislə etirazçılar arasında güclü toqquşma baş verib.

Interpress.az