Belçikalı rejissor Ağdamın xarabalıqlarını çəkibbackend

Belçikalı rejissor Ağdamın xarabalıqlarını çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filmin süjet xətti qaçqın həyatı sürən ağdamlıların Ağdamla bağlı xatirələrindən və onların indiki gündəlik yaşamlarından bəhs edir. Rejissor Mişel İvor filmin çəkilişləri üçün işğal altındakı Ağdam şəhərinə yollanıb və şəhərin 360 dərəcəlik panoramını görüntüləyə bilib. Çətinliklərə, qarşılaşdığı əngəllərə baxmayaraq Qarabağın “imarət”-i Ağdamın xarabalıqlarını çəkməyə müvəffəq olub.

Rejissorun fikrincə, bu addımı atmaqla o, hər bir insanın etməli olduğunu edib və bu addım onun üçün insani bir vəzifəni yerinə yetirməkdir. MİŞEL İVOR – FİLMİN REJİSSORU: \”Əgər bir insanın hansısa dəyərləri varsa, və o Ağdamın küçələrini gəzirsə, həmin insan istər-istəməz şahidi olduğu dəhşətləri başqalarının da diqqətinə çatdırmaq istəyir.

Düşünürəm ki, qəlbi olan hər bir kəs bu acı səhnələri dünyaya çatdırmaq üçün mənim etdiyimi edərdi\”. Düşmənə göz dağı olan Ağdama xüsusi nifrət bəsləyən erməni işğalçıları, şəhərin hər daşından, divarından, kərpicindən heyif alıblar sanki. Onlar üçün Ağdamı məhv etmək Azərbaycan xalqınının qələbə ümidini məhv etmək demək idi. Amma xalq Ağdamın yenilməzliyinə inanaraq bir gün ora qayıdacağına inanır. Yurdun insanı bir gün Ağdamı yenidən kərpic-kərpic, daş-daş bina edəcəyinə inamını itirmir və gələcək günün Qarabağda olacağına əmindir.


İnterpress.az