Tavuşdakı etiraz aksiyalarının iştirakçıları sabah gələcək hərəkətlərini təqdim edəcəklər.
İnterpress.az xəbər verir ki, bunu Hayastan blokunun deputatı Qarnik Danielyan Kirants kəndində deyib.
Məlumata görə, deputat əmin edib ki, ərazilərin Azərbaycana verilməsinə qarşı mübarizə həlledici mərhələyə qədəm qoyur.
“Artıq birinci məqsədə nail olunub – problem ümumerməni xarakter alıb. Bu şərtlərdə sona qədər getmək lazımdır, çünki geri çəkilmək üçün heç bir yer yoxdur”, – Danielyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az