Rusiyada müğənni Naoko “xarici agentlər” reyestrinə daxil edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
19 yaşlı müğənni Diana Loginova, səhnə adı ilə Naoko, Rusiyada “xarici agentlər” reyestrinə daxil edilib.
Nazirliyin məlumatına görə, musiqiçi Aleksandr Orlov və “Malinovıy Klin — Müstəqil Kuban” hərəkatı da eyni reyestrə salınıb.
Xuraman Etibarlı
İnterpress.az






