Azərbaycan jurnalistlərinin IX qurultayında İnterpress.az da təmsil olunub – FOTObackend

Azərbaycan jurnalistlərinin IX qurultayında İnterpress.az da təmsil olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib.

İnterpress.az xəbər verir ki, oktyabrın 16-da Bakıda Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib. İnterpress.az saytının nümayəndəsi də ölkənin media ictimaiyyətinin mühüm toplantısında iştirak edib.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən qurultayda media qurumlarının, xəbər agentliklərinin, qəzetlərin, xəbər portallarının və jurnalist təşkilatlarının nümayəndələri bir araya gəlib. Ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.

Qurultay çərçivəsində Azərbaycan Mətbuat Şurasının ötən dövr üzrə fəaliyyəti müzakirə olunub, qurumun yeni rəhbərliyi və İdarə Heyətinin tərkibi seçilib.

Səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib, İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Toplantıda müasir media mühitinin aktual məsələləri, jurnalistikanın inkişafı və peşə etikası ilə bağlı mövzular da diqqət mərkəzində olub.

Qurultay çərçivəsində jurnalistlərin Etik Davranış Kodeksinə süni intellektdən istifadə ilə bağlı prinsipin əlavə edilməsi də gündəmə gəlib.

Azərbaycan jurnalistlərinin IX qurultayı ölkənin media sahəsində mövcud məsələlərin müzakirəsi, peşəkar əməkdaşlığın gücləndirilməsi və jurnalistikanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Xuraman Etibarlı

İnterpress.az