Telefon mağazasına BASQIN: Yeniyetmələr “iPhone”ları APARDI – VİDEObackend

Telefon mağazasına BASQIN: Yeniyetmələr “iPhone”ları APARDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ufa şəhərində yeniyetmələr telefon mağazasından 600 min rubl dəyərində iPhone oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Ufa şəhərində bir qrup yeniyetmə “AppleZone” texnologiya mağazasına daxil olaraq ümumi dəyəri 600 min rubl (təxminən 12 min manat) olan iPhone telefonlarını oğurlayıb.

Mağaza əməkdaşlarının sözlərinə görə, yeniyetmələr bir müddətdir obyektin ətrafında dolaşırmış. Onlardan bəziləri əvvəllər telefonlarını enerji ilə doldurmaq üçün mağazaya da daxil olub.

Hadisə zamanı yeniyetmələrdən biri şüşə vitrinini sındırarkən vitrində ilişib qalıb.

Mağazanın rəhbərliyi hadisə ilə bağlı polisə müraciət edib. Oğurluq faktı üzrə araşdırmanın nəticələri barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az