Ermənistana etiraz edən azərbaycanlılar Gürcüstana buraxılmayıbbackend

Ermənistana etiraz edən azərbaycanlılar Gürcüstana buraxılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a BDM sədr müavini Samir Adıgözəlli məlumat verib.
O, deyib ki, nümayəndə heyətinin tərkibində olan BDM sədri İsmayıl Ağayev, BDM-in Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb: \”Heç bir səbəb göstərilmədən İsmayıl Ağayev və Namiq İsayev “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən geri qaytarıldı. Məni isə Qardabanidə 2 saat saxlandıqdan sonra “Sadıqlı” keçid məntəqəsindən Azərbaycana göndərdilər.
Keçiriləcək aksiya ilə bağlı Tiflis meriyasının müsbət cavab verməsinə baxmayaraq, BDM nümayəndə heyətinin saxlanması və bu ölkəyə buraxılmaması təəssüf hissi doğurur. Buna baxmayaraq BDM-in Gürcüstan nümayəndəliyi planlaşdırılmış aksiyanı həyata keçirəcək”.

Ermənistana etiraz edən azərbaycanlılar Gürcüstana buraxılmayıb

İnterpress.az