Bunu etiraz aksiyası keçirən sürücülər bildiriblər.
Sürücülər \”BakuBus\” MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə etiraz edirlər. Onların sözlərinə görə, bu dəyişiklik 250 insanın işsiz qalması ilə nəticələnib.
\”Bizə öncədən heç bir məlumat verilməyib və sadəcə bildirilib ki, 18 saylı marşrutunda istifadə olunan avtobuslar istismara yaramır. Halbuki bu avtobuslar təmiz şəraiti, kondisioner sistemi və s. zəruri sistemlərlə təmin edilib.
Bizim marşrutun işinin dayanması 250-dən çox insanın işsiz qalması deməkdir. Biz işlə təmin olunmağımızı tələb edirik\”, – deyə sürücülər bildiriblər.
Qeyd edək ki, 18 saylı marşrut Həmzə Babaşov küçəsindən Mərkəzi Univermağa qədər, həftənin bütün günləri saat 06:10-23:00 radələrinədək hərəkət edir. ( report.az )
İnterpress.az