Merkel Türkiyə-Suriya sərhədinə getdibackend

Merkel Türkiyə-Suriya sərhədinə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Merkel Türkiyəyə birgünlük səfəri zamanı bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb və suriyalı qaçqınların düşərgəsinə baş çəkib.

Səfər zamanı müzakirə predmeti Avropa İttifaqı ilə Türkiyə arasındakı miqrasiya sazişi olub. Ankara aprelin 19-da razılaşdırılan müqavilədən imtina edəcəyi ilə hədələyib.
Razılaşmanın şərtinə görə, Türkiyə miqrantların yerləşdirilməsi, Ayunanıstandan və digər Avropa ölkələrindəki qaçqınların öz ərazisinə qaytarılması müqabilində Avropa İttifaqından 3 milyard avro almalıdır.

Bunun əvəzində Ankara tələb edib ki, 2016-cı ilin yazında Türkiyə vətəndaşlarının Avropa İttifaqına üzv ölkələr qısamüddətli səfərləri üçün vizasız rejim tətbiq olunsun. Türkiyə hökuməti həm də ölkənin Avropaya inteqrasiyası üçün danışıqların bərpasını da təkid edir. (modern.az)

İnterpress.az