Kölndə Ermənistan əleyhinə aksiya keçirilibbackend

Kölndə Ermənistan əleyhinə aksiya keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, azərbaycanlılar nümayişə Xocalı qurbanlarının şəkilləri ilə Türkiyə və Azərbaycan bayraqlarını gətiriblər.

Şimali Reyn Alman-Azəri Dərnəyinin başqanı Təranə Tağıyeva Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hücumların arxasında Rusiyanın dayandığını bildirib: “25 ildə xeyli şəhid verdik. Bu qədər qan tökülüb, bəsdir. Sanki qan tökməkdən zövq alırlar. Biz təkcə Azərbaycanda deyil, bütün dünyada sülh istəyirik”.

Almaniya kansleri Angela Merkelə məktub yazacaqlarını bildirən T. Tağıyeva Merkeldən Azərbaycan mövzusunda daha həssas olmasını istədiyini deyib. O qeyd edib ki, “erməni soyqırımı” iddiaları isə gülüncdür.

İnterpress.az