Gəlin qayınatasının 2 milyon rubl (təxm. 37 300 man) pulunu oğurlayaraq dondurucuda gizlədib.
İnterpress.az xəbər verir ki, hadisə Dağıstanın Xasavyurt şəhərində baş verib. Gəlin qayınatasından 2 milyon rubl oğurlayaraq dondurucuda gizlədib.
Müstəntiqlər oğrunun şəxsiyyətini müəyyən edərkən onun 38 yaşlı gəlin olduğunu aşkarlayıblar. O, pulu qayınatasının döşəyinin altını təmizləyərkən tapdığını deyib.
Gəlin nağd pulun bir hissəsini alış-verişə xərcləyib, mövcud borclarını ödəyib və yerdə qalan pulu polis əməkdaşlarının sonradan tapdıqları dondurucuda gizlədib.
Xuraman Etibarlı
İnterpress.az