Bunu Milli Şuranın üzvü Eldəniz Quliyev yeniliklərdən danışarkən deyib. O, yaxın zamanlarda Milli Şuranın sessiyasının olacağını da söyləyib.
“Milli Şuranın tərkibində, formatında hər hansı dəyişikliyin aparılması Şuranın sessiyasında müzakirə olunur. Bu yaxınlarda Milli Şuranın sessiyası keçiriləcək.
Yeni üzvlər və digər məsələlərə sessiyada baxılacaq. Sadəcə, dövlət məmurları tərəfindən sessiyanı keçirməyimiz üçün süni əngəllər yaradılır. Ona görə də dəqiq vaxt deyə bilmirəm. Amma çalışırıq ki, çox yaxın zamanda Milli Şuranın sessiyasını həyata keçirək”.
Qeyd edək ki, Milli Şura 2013-cü il mayın 28-də elan olunub. (modern.az)
İnterpress.az