Erməni mətbuatının Ermənistan Müdafiə Nazirliyinə istinadən yazdığına görə, məqsəd Rusiya paytaxtında keçiriləcək V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına qatılmaqdır.
Məlumata görə, 27-28 apreldə baş tutacaq konfransda terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq. Doğrudur, konfransda Azərbaycan da daxil olmaqla, 82 ölkədən nümayəndə heyəti iştirak edəcək. Ancaq terrorçuluğu, separatçılığı və işğalı dəstəklən, faktiki onun tərəfi olan Ermənistanın bu tədbirdə iştirakı anormal təsir bağışlayır.
Musavat.com düşmən mətbuatına istinadən xəbər verir ki, S.Ohanyan Rusiyada ikitərəfli görüşlər keçirməyi də planlaşdırır.
Qeyd edək ki, cəbhədəki ağır itkilərdən sonra S.Ohanyanın vəziyyəti kifayət qədər kritikləşib. Belə ki, bir gün əvvəl Ermənistan prezidenti Serj Sərkisyan ordu generallarının bir neçəsini, o cümlədən müdafiə nazirinin müavinlərini istefaya göndərdi. Ancaq Ermənistan parlamenti israrla S.Ohanyanın şəxsən gəlib baş verənlərə görə izahat verməsini tələb edirlər. Bu mənada ictimai təzyiqlər qarşısında qalan Ohanyanın da cəzalandırılacağı barədə ehtimallar güclənib. Tamamilə mümkündür ki, S.Ohanyan moskvalı həmkarı Sergey Şoyqudan özünü xilas üçün Qarabağ cəbhəsində kiçik də olsa, uğurlar əldə etmək üçün dəstək istəsin.
İnterpress.az