Azərbaycan Milli Elmlər Akademiyasının dəvətilə Azərbaycana səfərə gələn dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar “Türk dünyasının qapısı” olaraq bilinən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
İnterpress.az xəbər verir ki, Aziz Sancar səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Dünya şöhrətli alim Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcək.
Aziz Sancar AMEA-nın Naxçıvan bölməsi ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələriylə də görüşəcək.
Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir müşayiət edir.