Deputatlar cəbhə bölgəsindən xəbər verirlərbackend

Deputatlar cəbhə bölgəsindən xəbər verirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

95 saylı Tərtər seçki dairəsindən seçilən deputat Sahib Alıyev açıqlamasında bildirib ki, düşmənin intensiv atəşələr nəticəsində xeyli yaşayış evinə ziyan dəyib.

“Düşmən aprelin əvvəlində olduğu kimi, iriçaplı, 82 mm-dən yuxarı minatanlardan, reaktiv silahlardan və toplardan rayon ərazisini intentsiv atəşə tutub. Dağıntılar var, şükürlər olsun ki. insan təlafatı yoxdur. Məsələ aydındır. İşğalçı rejim Azərbaycan ordusunun qarşısında duruş gətirmədiyini görüb, özünün alçaq metodlarına əl atır. Qarqar çayı vasitəsilə minalar buraxırlar ki, uşaqlar götürüb oynasın, partlasın və ya kəndləri atəşə tuturlar. Cavablarını da alırlar. Hər bir atəşdən sonra onların mövqelərinə güclü zərbələr endirilir”.

S.Alıyev bütün olanlara rəğmən, insanların öz işlərində olduğunu bildirib.

“Düzdür evinə və ya həyətinə mərmi düşəndə həmin adamın əsəbi pozulur, amma Tərtər camaatı 90-cı illərdə bundan da çətin vəziyyətlə üzləşmişdi. Onlar indiki reallığı da gözəl bilirlər. Bilirlər ki, öndə güclü ordu, arxada dövlət var. Bütün bunlar müvəqqətidir və düşmənin cavabı çox tezliklə və qətiyyətlə veriləcək”.

97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsindən deputat Ağalar Vəliyev hazırda Tərtərdə olduğunu bildirib.

“Təzə çatmışam. Burada insanlara baş çəkəndən sonra Ağdama gedəcəm. Ondan sonra ətraflı məlumat verərəm”.(modern)

İnterpress.az