Britaniyanın yeni hökuməti Netanyahunun həbsi ilə bağlı BCM-dəki işindən imtina edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” yazır. Bildirilir ki, yeni Leyborist hökuməti Netanyahu və Qalantla bağlı qərarını dəyişəcək.
Leyboristlərin yeni hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Netanyahu və müdafiə naziri Gallantın həbsinə order verilməsini təxirə salmaq cəhdindən əl çəkəcək.
İşçi Partiyası rəsmiləri bildiriblər ki, partiya hələ də BCM-nin Qəzza zolağı üzərində yurisdiksiyasına malik olduğuna inanır.
İyunun 10-da keçmiş baş nazir Sunakın rəhbərlik etdiyi ölkənin keçmiş hökuməti məhkəmənin İsrail vətəndaşları üzərində yurisdiksiyasına etiraz etmək üçün BCM-ə ərizə verib. Britaniya rəhbərliyi məhkəmə sisteminin Yəhudi Dövlətinin məmurlarının həbsinə order vermək üçün heç bir hüquqi əsasa malik olmadığını iddia edirdi.
Xuraman Etibarlı
İnterpress.az