“İki günə Kirants kəndindəki körpü bağlanacaq” – Açarkut sakinibackend

“İki günə Kirants kəndindəki körpü bağlanacaq” – Açarkut sakini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki günə Kirants kəndindəki körpü bağlanacaq”.

interpress.az xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin Açarkut kənd sakini Karen Kazaryan deyib.

İki gündən sonra Ermənistan və Azərbaycanın demarkasiya komissiyalarının razılığına əsasən, Tavuş rayonunun Kirants kəndində Bakının nəzarətinə keçməli olan körpü bağlanacaq.

Onun məlumatına görə, paralel olaraq, Kirants-Açarkut avtomobil yolunun yenidən qurulması başa çatacaq.

Onun sözlərinə görə, son vaxtlar yol tikintisi işləri yeni miqyasda aparılır. Son 10 gün ərzində iş səhər saat 3-4-ə kimi davam edib.

“Məndə olan məlumata görə, körpüdən kəndin yaşayış binalarına qədər divar çəkiləcək ki, sakinlər düşməni (azərbaycanlılar nəzərdə tutulur – red.) görməsin. Artıq bir hissə tikilib. Bu, hündürlüyü 3 metr olan divardır”, – Kazaryan bildirib.

Kənddəki vəziyyətdən danışan o, kənd sakinlərinin gərgin vəziyyətdə olduğunu vurğulayıb.

“Artıq kənddən Azərbaycan bayrağı və sərhədçilər görünür, hətta onların geyiminin rəngini də görmək olar. İndi onlar körpüdə olacaqlar”, –  erməni deyib.

Xuraman Etibarlı

İnterpress.az